"Qarabağ"ın futblçusu: "Hansı məşqçi zəif çempionatda oynayan futbolçunu milliyə dəvət edər?"

11:58 - 15 İyun 2017

“İndidən hazırlıq barədə danışmaq tezdir. Amma məşqlərimizə davam edirik, çalışırıq. Əlimizdən gələni edirik ki, qarşıdakı vacib oyunlara tam hazır olaq. Bunun üçün də bizə 2-3 həftə vaxt lazımdır. Bir müddətdən sonra istədiyimiz vəziyyətə çata bilərik”.

 

Sportal.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın futbolçusu Dino Ndlovuya məxsusdur. CAR-lı futbolçu ötən gün “Bakı” ilə yoxlama oyununda 5 qol vurub. Marçdan sonra açıqlama verən hücumçu fikirlərini bildirib. Dino həvəskarlar liqasında oynayan “Bakı”nın tarixindən xəbərdar olduğunu deyib:

 

“Bilirəm, baxmayaraq ki, hazırda həvəskarlar liqasındadırlar, amma “Bakı”nın böyük klub olmasından xəbərim var. Bizə qarşı yaxşı oyun sərgilədilər, əsasən gənc futbolçulardan təşkil olunmuş komandadırlar. 5 qol vurmağım barədə danışmaq istəmirəm. Əksinə, “Bakı”nın gənc heyətini göstərdikləri oyuna görə alqışlayıram”.

 

Hücumçu son mövsüm yaxşı oyun sərgiləsə də, CAR millisindən kənarda qalıb. O, millidən kənarda qalmasını belə şərh edib:

 

“Bir az qəribə sualdı. Hazırda mən Azərbaycanda oynayıram. Millimizin digər hücumçuları isə Fransa və Türkiyə kimi ölkələrdə oynayırlar. Hətta ölkə çempionatımızda da güclü hücumçular var və qollarını sıralayırlar. Sizcə, hansı baş məşçi elə çempionatda çıxış edən hücumçunu deyil, nisbətən zəif çempionatda çıxış edən futbolçunu milliyə dəvət edər? Amma buna baxmayaraq, baş məşqçi ilə danışığım olub və o mənə deyib ki, indiki kimi davam etsəm, qollarımı sıralasam milliyə çağırılma şansım olacaq. Azərbaycanı sevirəm, hörmət edirəm. Amma etiraf etməliyik ki, digər ölkələrlə müqayisədə bizim çempionatımız bir az zəifdi”.

 

Dino adı “Qarabağ”la hallanan CAR-lı futbolçu Tokelo Rantie haqda fikir bildirib:

 

“Bəli, Tokelo mənim dostumdur. Amma onunla “Qarabağ” haqda söhbətimiz olmayıb”.

Xəbər xətti