Alleqri: "Finalda uduzduqdan sonra "Yuventus"dan getmək istəyirdim"

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri açıqlama verib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis Çempionlar Liqasının finalında “Real”a 1:4 hesabı ilə uduzduqdan sonra komandadan ayrılmaq istəyib. Alleqri fikirlərini belə izah edib:

 

"Real"a uduzduqdan sonra "Yuventus"dan getmək istəyirdim. Ancaq bu fikrimdən daşındım və qalmağa qərar verdim. Azarkeşlərin məyusluğun başa düşürəm. Amma "Real"a uduzmağımız digər uğurlarımızı silmir. Növbəti mövsüm bütün kubokları qazanmalıyıq və bunun üçün çalışacağıq".

 

Qeyd edək ki, "Yuventus" A Seriyasının və ölkə kubokunun qalibi olub. Alleqri isə komanda ilə yeni müqavilə imzalayıb.

Tarix: 15 İyun [12:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 İyun 2018
24  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio