Messi Verratti ilə görüşdü

13:50 - 15 İyun 2017

“Barselona”nın futbolçusu Lionel Messi ilə PSJ-nin yarımmüdafiəçi Marko Verratti görüşüblər.

 

Sportal.az xəbər verir ki, görüş İbizada baş tutub. Adada istirahət edən ulduz futbolçuların görüşündə Verrattinin agenti Donato di Kampli də iştirak edib.

 

İtaliya millisinin üzvü olan Verratti bir müddət əvvəl “Barselona”da oynamaq istədiyini etiraf etmişdi. O, bu məsələ ilə bağlı klub rəhbərliyinə də müraciət edib.

 

Verrattinin adı daha çox "Barselona" ilə hallanır. Messi ilə görüş zamanı da onun transfer danışıqları apardığı iddia edilir.

Xəbər xətti