Qazaxıstan mətbuatı “Xəzər Lənkəran”dan qovulan məşqçidən yazdı

15:18 - 15 İyun 2017

Qazaxıstan mətbuatı “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Viktor Pasulkodan yazıb.

 

Sportal.az xəbər verir ki, 56 yaşlı ukraynalı mütəxəssisin işlədiyi klublarda problemlərlə üzləşməsində çətin xarakterinin olması qeyd olunub.

Bu sırada Pasulonun “Xəzər Lənkəran”dan qovulmasına da toxunulub. Özü də bu məqalədə "Azərbaycanda utanc" yarımbaşlığı ilə gedib:

 

“Xəzər Lənkəran”da gələn təklifi qəbul etməmək ağılsızlıq olardı. Axı bu, yenidən müstəqil fəaliyyətə qayıtmaq imkanı idi. Pasulkonun “Borussiya”da (düzdü, Fuldadan) məşqçi vəzifəsi vardı. O, Almaniyanın çoxsaylı liqalarından birində oynayırdı. Və yəqin ki, siz bu komanda haqda heç nə eşitməmisiniz. Ancaq Pasulko Azərbaycanda uzun müddət qala bilmədi. Qalmaqal yarandı. KİV qısa, ancaq xoşagəlməz məlumat yaydı: “Viktor Pasulko “Xəzər Lənkəran”dan ana söyüşünə və kobudluğa görə qovuldu". Orda nə baş verdiyi həqiqətən aydın deyil. Bir şey məlumdur ki, ukraynalı vəzifəsindən azad olunanadək futbolçulara söyüş ifadələri işlətməyə görə cərimə sistemi tətbiq etmişdi”.

 

Xatırladaq ki, “Xəzər Lənkəran”a 2006-cı ilin qışında Moldova milli komandasının baş məşqçi postundan gələn Pasulko həmin mövsüm bitən kimi, 5 aydan sonra qovulub.

Xəbər xətti