İngiltərədə Superkubok matçının vaxtı müəyyənləşdi

16:14 - 15 İyun 2017

Futbol üzrə İngiltərə Super Kuboku uğrunda "Arsenal" və "Çelsi" arasında keçiriləcək matçın tarixi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, sözügedən qarşılaşma avqustun 6-da baş tutacaq. Bu barədə İngiltərə Futbol Assosiasiyasının (FA) yaydığı məlumatda bildirilir. Qarşılaşma "Uembli" stadionunda keçiriləcək.

 

Qeyd edək ki, "Çelsi" geridə qalan mövsümdə İngiltərə Premyer Liqasının qalibi olubsa, "Arsenal" ölkə kubokunda ən güclü adını qazanıb.

Xəbər xətti