"Qarabağ"ın sabiq futbolçusu rəmzi komandada yer aldı FOTO

10:31 - 16 İyun 2017

Türkiyə I Liqasında mövsümün rəmzi heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, simvolik komandada "Qarabağ"ın sabiq hücumçusu, hazırda "Boluspor"un uğurları üçün çalışan hollandiyalı hücumçu Raydell Pupon da yer alıb. 29 yaşlı forvard I Liqada 20 qol vurmaqla mövsümü bombardirlər sırasında başa vurub. O, yalnız “Adana Dəmirspor”un hücumçusu Mikael Pote (24 qol) və "Göztəpə"nin forvardı Adis Yahoviçdən (21 qol) geri qalıb.

 

Pupon 2015/16 mövsümünün ilk yarısını “Qarabağ”da keçirib və 15 oyuna 1 qol vurub. Onun "Boluspor"la müqaviləsi 2018-ci ildə başa çatacaq.

 

Xəbər xətti