UEFA-dan danışılmış oyunlarla bağlı sərt qərar

Avropa Klubları Birliyi (ECA) ilə UEFA-nın birgə toplantısı olub.

 

Sportal.az xəbər verir ki, Fransanın "Marsel" klubunun stadionu "Stade Velodrome"də baş tutan toplantıda bir sıra mühüm qərarlar qəbul olunub. Bu qərarlardan biri də danışılmış oyunlarla bağlıdır. Qərara əsasən, UEFA bundan sonra bütün ölkələrin çempionatlarını izləyəcək və danışlmış oyunlarla bağlı cəza verəcək.

 

Toplantıda çıxış edən qurum rəsmisi Kris Bonnet bir sıra ölkələrdə danışılmış oyunların olduğu ilə bağlı UEFA-ya məktublar daxil olduğunu açıqlayıb. O, artıq 14 belə ölkənin çempionatlarını izlədiklərini və danışılmış oyunlar aşkar edəcəkləri təqdirdə klubları bağışlamayacaqılarını bildirib.

 

Qitənin ali futbol qurumunun rəsmisi onu da əlavə edib ki, bu işdə yerli futbol federasiyaları onlara köməklik edəcək. 

 

Qeyd edək ki, ötən il Azərbaycanın I divizionunda danışılmış oyunlar olduğu ilə bağlı UEFA-dan AFFA-ya məktub daxil olmuşdu. AFFA-nın qərarına əsasən, danışılmış oyunlarda iştirak edən "Şərurspor" və "Rəvan" komandaları çempionatdan uzaqlaşdırılmışdı.

Tarix: 16 İyun [12:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio