"Bayıl Arena"nın ot örtüyü dəyişdirildi

13:55 - 16 İyun 2017

"Səbail"in bu mövsüm oyunların keçirilməsi üçün nəzərdə tutduğu "Bayıl Arena"da təmir işləri aparılıb.

 

Sportal.az xəbər verir ki, təmirin ilk mərhələsi artıq bitib. Belə ki, stadionun istifadə müddətini bitirmiş süni örtüklü ot örtüyü FİFA-nın tələblərinə uyğun olan yeni süni ot örtüyü ilə əvəzlənib.

 

Arenada təmir işlərinin ikinci mərhələsi sabahdan davam edəcək. İkinci mərhələdə oyunçuların qalıb qidalanması üçün nəzərdə tutulan bazanın 3 cü mərtəbəsinin tikilməsi olacaq. Bazanın 3 cü mərtəbasinin tikilməsi Premyer Liqanın startına qədər hazır olacaq.

 

Qeyd edək ki, stadionun yenidən təmiri və tikilməsi "Səbail"in və AFFA-nın maliyyə dəstəyi ilə həyata keçirilir.

Xəbər xətti