25-0 hesablı qələbədən sonra baş məşqçi qovuldu

16:43 - 16 İyun 2017

İspaniya futbolunda maraqlı hadısiə baş verib.

 

Sportal.az xarici KİV-nə istinadən xəbər verir ki, gənclər liqasında keçirilən "Serranos"un B komandası rəqibi "Benikalap"ın C komandasını 25-0 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra qalib komandanın baş məşqçisi postundan qoulub.

 

"Serranos"un idarəçilərindən olan Pablo Alsaide məsələ ilə bağlı açıqlama verib. O, böyükhesablı qələbənin rəqibə hörmətsizlik olduğunu qeyd edib:

 

"Rəqibimizə hörmət etməyimiz lazımdı. Bu nəticədən sonra baş məşqçimizlə yollarımızı ayırmaq qərarı verdik. Vəziyyətə nəzarət edə bilmədi".

Xəbər xətti