"Fənərbaxça"nın yeni baş məşqçisi rəsmən bəlli oldu

19:19 - 16 İyun 2017

"Fənərbaxça"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Aykut Kocamanla anlaşıb. Klubun rəsmi saytından verilən məlumata görə 52 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, son iş yeri "Konyaspor" olan Aykut Kocaman "Fənərbaxça"da Dik Advaakatı əvəz edib.

Xəbər xətti