Almaniya klubundan Ronaldoya maraqlı təklif

01:13 - 17 İyun 2017

Bu gün Madridin "Real" klubundan ayrılacağı ilə bağlı xəbəbrlər yayılan Kriştianu Ronaldo maraqlı təklif alıb. 

 

Sportal.az xəbər verir ki, Almaniyanın "Herta" klubu portuqaliyalı superulduzun xidmətində maraqlıdır. Bu barədə Berlin təmsilçisi rəsmi "twitter" hesabında məlumat yayıb. 

 

Həmin məlumatda: "Ronaldo "Real"dan ayrılmaq istəyirmiş. Pulumuz yoxdur. Amma möhtəşəm atmosfer var və Berlin səni öz övladı kimi sevər. Maraqlanarsanmı, Kriştianu" - sözləri yazılıb. 

 

Qeyd edək ki, Ronaldo vergidən yayınması ilə bağlı İspaniya Prokurorluğunun barəsində iddia qaldırmasından sonra "Real"dan ayrılmaq qərarına gəlib. Onun hətta klub prezidenti Florentino Pereslə bu barədə danışdığı bildirilir.

Xəbər xətti