Konfederasiyalar Kubokuna start verilir

11:57 - 17 İyun 2017

Bu gün Rusiyada FİFA Konfederasiyalar Kuboku - 2017-yə start veriləcək. 

 

Sportal.az xəbər verir ki, yarışda 8 komanda iki qrupda mübarizə aparacaq.

 

Beynəlxalq turnirdə gələn il dünya çempionatını qəbul edəcək meydan sahibləri - Rusiya ilə yanaşı, son dünya çempionu Almaniya (2014), Avropa çempionu Portuqaliya (2016), Asiya kubokunun qalibi Avstraliya (2015), Amerika kubokunun çempionu Çili (2015), KONKAKAF-ın qalibi Meksika (2015), Okeaniya Futbol Konfederasiyasının çempionu Yeni Zelandiya (2016) və Afrika Millətlər Kubokunun sahibi Kamerun (2017) mübarizə aparacaq.

 

Turnirin ilk oyun günündə 1 qarşılaşma baş tutacaq. Açılış matçında meydan sahibi - Rusiya və Yeni Zelandiya üz-üzə gələcək. 

 

Konfederasiyalar Kuboku, I tur

A qrupu

17 iyun

19:00 Rusiya - Yeni Zelandiya
Baş hakim:
Vilmar Roldan
Yan xətt hakimləri: Aleksander de Quzman, Kristian de la Kruz (hamısı Kolumbiya)
Dördüncü hakim: Mark Qeyqer (ABŞ)
Video hakim: Sandro Rikki (Braziliya), Co Fletçer (Kanada).
Əlavə video hakim köməkçisi: Enrike Kaseres (Uruqvay)
"Qazprom Arena", Sankt-Peterburq.

Xəbər xətti