"Neftçi" Almaniya nəhəngi ilə qarşılaşacaq

13:01 - 17 İyun 2017

Yeni mövsümə hazırlıq məqsədi ilə Avstriyaya yollanacaq “Neftçi”nin  yoxlama görüşlərindəki rəqiblərindən birinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, “ağ qaralar” Avstriya toplanışı çərçivəsində Almaniyanın “Şalke” klubu ilə yoxlama oyunu keçirəcək. Bu barədə məlumatı Almaniya mətbuatı yayıb.

 

“Şalke” yeni mövsümə Çin və Avstriyada hazırlaşacaq. Domeniko Todeskonun rəhbərlik etdiyi komanda Çin toplanışı çərçivəsində “Beşiktaş” və “İnter” (Milan) komandaları ilə üz-üzə gələcək.

 

Bundesliqa təmsilçisinin Avstriyadakı rəqibləri isə “Neftçi” və İspaniya “Eybar”ı olacaq. Bakı təmsilçisi ilə oyun iyul ayının 26-na təsadüf edəcək.

 

Qeyd edək ki, “Neftçi”nin Avstriya toplanışının dəqiq tarixi və müddəti hələlik bəlli deyil.

Xəbər xətti