Azərbaycanlı futbolçu İsveçdə dubla imza atdı

15:49 - 17 İyun 2017

Dünən İsveç çempionatının 4-cü liqasında növbəti turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, həmyerlimiz Orxan Həsənəliyevin şərəfini qoruduğu “Hesselbi” səfərdə “Kista” ilə qarşılaşıb və 4:1 hesablı qələbə qazanıb.

 

Həsənəliyev bu matçda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. 9 nömrəli forma altında çıxış edən hücumçu bununla da cari mövsüm qollarının sayını 3-ə çatdırıb.

Xəbər xətti