"Qarabağ"ın futbolçuları nömrələrini dəyişdilər

17:34 - 17 İyun 2017

“Qarabağ”da 3 futbolçu yeni mövsümdə geyinəcəyi formaların nömrəsini müəyyənləşdirib.

 

Sportal.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, qapıçı Şahruddin Məhəmmədəliyev 1 (ötən mövsüm 12), hücumçular Dino Ndlovu 9 (ötən mövsüm 6), Ağabala Ramazanov isə 10 (ötən mövsüm 44) nömrəli formayla mübarizə aparacaq.

 

Qeyd edək ki, ötən mövsüm “Qarabağ”da 1 nömrəli formanı Boyan Şaranov, 10 nömrəli formanı Muarem Muarem geyinirdi, 9 nömrəli forma isə boş idi. Adları çəkilən futbolçular mövsüm yekunlaşandan sonra müqavilənin müddəti uzadılmayıb və onlarla yollar ayrılıb.

Xəbər xətti