Ronaldoya 3 ölkədən təkliflər var

18:20 - 17 İyun 2017

"Real"dan ayrılmaq istədiyi iddia edilən Kristiano Ronado bir çox klubdan təklif alıb.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçunun agenti müştərisinə İngiltərə, Fransa və Çin klublarının daha çox maraq göstərdiyini açıqlayıb. Artıq bu təkliflərlə bağlı Ronaldonun agenti Jorje Mendeş Madrid klubunun rəhbərliyinə məlumat verib.

 

Qeyd edək ki, Ronaldo İspaniya prokurorluğunun ona vergidən yayınma ittihamı irəli  sürdüyünə görə "Real"ı tərk etməyi düşünür. 32 yaşlı hücumçunun fikrincə, Madrid klubu bu məsələdə onu müdafiə etmir.

Xəbər xətti