"Ayaks"ın yeni baş məşqçisi müəyyənləşdi

Hollandiyanın “Ayaks” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Marsel Kayzer Amsterdam təmsilçisinin baş məşqçisi postuna təyin edilib. Buna qədər 48 yaşlı mütəxəssis "Ayaks"ın gənclərdən ibarət komandasını çalışdırırdı. Onunla 2 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Kayzer bu vəzifədə Dortmund “Borussiya”sına rəhbərlik edəcək Peter Boşu əvəzləyib.

Tarix: 18 İyun [00:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 İyun 2017
23  İyun 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio