Vüqar Əsgərovdan Latviyada növbəti qollar

Futbol üzrə Latviya birinci liqasında 10-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun şərəfini qoruduğu "Olayne" səfərdə "Smiltene" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 4 - 0 hesablı qələbə ilə ayrılıb.

 

Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Komandasının qələbəsində futbolçumuzun xüsusi payı olub. Belə ki, Əsgərov bu matçda 3 qol vurmağı bacarıb.

 

Qeyd edək ki, bu, onun cari mövsümdə vurduğu 8-ci qoldu. "Olayne" 10 turdan sonra 17 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb və ehtiyatda bir oyunu var.

Tarix: 18 İyun [01:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio