"Qəbələ" Avstriyada "Vakker" və MOİK-ə qarşı

11:48 - 18 İyun 2017

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün mini turnirdə iştirak edəcək.

 

Sportal.az xəbər verir ki, Roman Qriqorçukun komandası Avstriyanın “Vakker” və Bolqarıstanın MOİK klubları ilə birlikdə “Stubay Cup”da qüvvəsini sınayacaq.
 
Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmalarda klublar bir-biri ilə 1 hissədən ibarət oyunlarda qarşılaşacaq.
 
Qeyd edək ki, “Qəbələ” Avstriya toplanışında iki yoxlama oyunu keçirib.  “Fulpmes”ə  8:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar”  Rusiya “Axmat”ına uduzub – 0:1.

Xəbər xətti