“Zirə”nin yeni kapitanı müəyyənləşdi

18:12 - 18 İyun 2017

Elvin Məmmədovun “Qəbələ”yə gedişindən sonra “Zirə” yeni kapitanını seçib.

 

Sportal.az xəbər verir ki, kapitanlıq bazubəndi artıq 3-cü mövsümdür ki, “Zirə”nin qapısını qoruyacaq Anar Nəzirova həvalə olunub.

 

Anar ötən mövsüm vitse-kapitan kimi çıxış edib. Təcrübəli qolkiper ötən gün Kamerunun "Kolumbe Sportive" klubuna qarşı keçirdiyi yoxlama oyununda (8:0) "qartallar"ın kapitanı olub.

Xəbər xətti