Tsxadadze Nika Kvekveskirinin debütünü korladı VİDEO

"Qəbələ"nin sabiq futbolçusu Nika Kvekveskiri yeni klubun "Tobol"da debüt edib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin komandası Qazaxıstan Premyer Liqasında 16-cı turunda Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi "Kayrat"ın qonağı olub. Nikanın debüt etdiyi matçda Tsxadadzenin komandası 2:0 hesablı qələbə qazanıb.

 

"Kayrat" bu qələbə sayəsində xalını 37-ə çatdırıb və 1 oyun çox keçirməklə liderliyə yüksəlib. 1 oyun az keçirən "Astana" 36 xalla 2-cidir. "Tobol" isə 28 xalla 5-ci pillədə qərarlaşıb. 

 

Xatırladaq ki, Nika Kvekveskiri ilə vaxtilə "İnter" və "Qəbələ"nin şərəfini qoruyub. Həmçinin Tsxadadze də Bakı "İnter"ini çalışdırıb.

 

Tarix: 18 İyun [18:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Avqust 2017
19  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: sportal@mail.ru | site by Five studio