Fuad Musayev dəfn olundu

Bu gün AFFA-nın sabiq prezidenti Fuad Musayevlə vida mərasimi keçirilib. 

 

Sportal.az xəbər verir ki, Təzə Pir məscidində təşkil olunmuş mərasimə mərhumun yaxınlarından əlavə, Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllimov, Milli Məclisin deputatları Arif Rəhimzadə, Vahid Axundov, Səbail rayon icra başçısı Eldar Əzizov, AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev və digər futbol veteranları iştirak ediblər.

 

Cənazə namazının ardından mərhum Yasamal qəbiristanlığında valideynləri və bacısının yanında dəfn olunub. 

 

Xatırladaq ki, Fuad Musayev AFFA-nın ilk prezidenti olub. O, 1992-2003-cü illərdə federasiyaya rəhbərlik edib.

Tarix: 18 İyun [19:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Avqust 2017
19  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: sportal@mail.ru | site by Five studio