"Qəbələ" "Vakker" və MOİK-ə məğlub oldu

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün növbəti sınağına çıxıb.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” toplanış çərçivəsində mini-turnirdə iştirak ediblər. Təmsilçimiz Avstriyanın “Vakker” və Bolqarıstanın MOİK klubları ilə birlikdə “Stubay Cup”da qüvvəsini sınayıb.

 

Hər iki oyun 45 dəqiqədən ibarət olub. Roman Qriqorçukun komandası əvvəlcə "Vakker"ə məğlub olub - 0:1. "Qırmızı-qaralar" ikinci oyunundan da məğlubiyyətlə ayrılıb - 0:2. 

 

Qeyd edək ki, “Qəbələ” Avstriya toplanışında iki yoxlama oyunu keçirib.  “Fulpmes”ə  8:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar”  Rusiya “Axmat”ına uduzub – 0:1.

Tarix: 18 İyun [23:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Avqust 2017
19  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: sportal@mail.ru | site by Five studio