Konfederasiyalar Kubokunda videotəkrardan istifadə edildi VİDEO

22:44 - 18 İyun 2017

FİFA Konfederasiyalar Kuboku – 2017-nin A qrupu çərçivəsində hal-hazırda davam edən Portuqaliya - Meksika (0:0) matçında hakim videotəkrar sistemindən yararlanıb. 

 

Sportal.az xəbər verir ki, Argentinadan olan FİFA referisi Nestor Pitana videotəkrara baxdıqdan sonra Portuqaliya millisinin vurduğu qolu qeydə almayıb. 

 

Oyundankənar vəziyyət hakimin gözündən qaçsa da, referi köməkçisinin yardımı ilə videotəkrara baxıb. Bu zaman Pepenin vurduğu qol zamanı oyundankənar vəziyyətdə olduğu qeydə alınıb və qol sayılmayıb. 

 

Qeyd edək ki, videotəkrardan ilk dəfə klublarlararası dünya çempionatı çərçivəsində baş tutan  “Atletiko Nasional” – “Kaşima” görüşündə istifadə edilib. 

 

Xəbər xətti