PSJ "Barselona"nın futbolçusuna "elçi düşdü"

İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi İvan Rakitiç Kataloniya təmsilçisi ilə yollarını ayıra bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, xorvatiyalı futbolçunun Fransanın PSJ klubuna keçməsi gözlənilir. Parislilər komandadan ayrılması gündəmdə olan Marko Verrattiyə əvəzləyici kimi məhz Rakitiçi görürlər.

 

"Barselona" isə Rakitiçi 50 milyon avro müqabilində buraxmağa hazırdı.

 

Qeyd edək ki, xorvatiyalı yarımmüdafiəçi 2014-cü ildən "Barselona"da çıxış edir. O, Kataloniya təmsilçisinə "Sevilya"dan transfer olunub.

Tarix: 19 İyun [00:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 İyun 2017
23  İyun 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio