"Qarabağ"ın Çempionlar Liqasında rəqibi müəyyənləşdi YENİLƏNİB

Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə I təsnifat mərhələsinin 5, II təsnifat mərhələsinin 17 cütünün tərkibi müəyyənləşib. Qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən "Qarabağ"ın rəqibi məlum olub.

 

Ağdam təmsilçisi yarışa ikinci təsnifat mərhələsindən başlayacaq. 

 

Çmpionlar Liqası

II təsnifat mərhələsi 

 

“Qarabağ” II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşacaq.

 

İlk oyunlar 11-12 iyulda, cavab matçları isə 18-19 iyulda keçiriləcək. 

Tarix: 19 İyun [14:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio