"İnter" və "Zirə"nin rəqibləri məlum oldu YENİLƏNİB

15:15 - 19 İyun 2017

Avropa Liqasında da 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahında baş tutan mərasimdə daha 3 klubumuzun rəqibi müəyyənləşib.
 
Ölkəmizi qitənin ikinci dərəcəli klub turnirində təmsil edən “Zirə” və “İnter” mübarizəyə I təsnifat mərhələsindən start verəcək. “Qəbələ” isə növbəti mərhələdə rəqibini gözləyəcək.
 
Püşkün nəticəsinə görə, “İnter” Serbiya təmsilçisi “Mladost”la üz-üzə gələcək. “Zirə” isə Lüksemburq “Differdanj”ı ilə qarşılaşacaq.
 

Azərbaycan Premyer Liqasının vitse-çempionu “Qəbələ” isə II təsnifat mərhələsindən mübarizəyə başlayacaq 16 komandadan biridi. Onlardan 12-si səpələnmiş, 4-ü səpələnməmişdi. Güclülərin arasında olan “Qəbələ” nisbətən zəiflə görüşəcək. Püşkatmada təmsilçimiz səpələnməmişlərdə olan 4 komanda və ya I təsnifat mərhələsinin cütlərindən biri ilə üz-üzə gələcək.

Xəbər xətti