"Beşiktaş"ın prezidenti: "Azərbaycana gedəcəyimiz dəqiqləşib"

10:16 - 19 İyun 2017

Türkiyə çempionu “Beşiktaş” bu il Azərbaycana gələcək.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun prezidenti Fikrət Orman məlumat verib. Türkiyə mətbuatına müsahibə verən “qara qartallar”ın prezidenti bu il ölkəmizə səfər edəcəklərini deyib:

 

“Müsəlman ölkədə rəğbət qazana bilərik. Məsələn, Azərbaycanda inanılmaz sayda “Beşiktaş” azarkeşi var. Ötən il ora getmək istəsək də, alınmadı. Amma bu il Azərbaycana gedəcəyimiz dəqiqləşib”.

 

"Qara qartallar" yeni mövsümə hazırlığın ilk mərhələsini Çində keçirəcək. Quandjao şəhərində keçiriləcək turnirdə "Volfsburq", "Şalke", "Atletiko" və Çin komandalarından bir neçəsi olacaq.
 
"Beşiktaş"ın Çindən sonra Azərbaycana gələcəyi bildirilir. 

 

Qeyd edək ki, ötən il İstanbul nəhənginin Azərbaycan səfəri çərçivəsində “Qarabağ”la yoxldaşlıq oyunu keçirəcəyi açıqlansa da, səfər son anda baş tutmamışdı.

Xəbər xətti