"Neftçi"dən qovulan futbolçu "Yuventus"da

Ötən mövsümün gedişində “Neftçi”dən qovulan rumıniyalı Katalin Tiranın yeni klubunun adına aydınlıq gəlib. 

 
Sportal.az xəbər verir ki, 22 yaşlı hücumçu ölkəsində II Liqada çempion olaraq elitaya vəsiqə qazanan "Yuventus"la müqavilə imzalayıb. Tiranın Buxarest klubuyla imzaladığı müqavilənin detalları açıqlanmayıb.

 
Qeyd edək ki, ötən yayda “Neftçi”yə transfer olan Tira Premyer Liqanın 9-cu turunda "Qarabağ"la oyunun gedişində meydana daxil olan azarkeşi vurmuşdu. Bu səbəbdən paytaxt klubu rumıniyalı forvardla müqaviləyə xitam vermişdi. Hücumçu daha sonra ölkəsinin II Liqasında çıxış edən “Dunarea Kalaraşi” klubuna keçmişdi.

Tarix: 19 İyun [12:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 İyun 2017
23  İyun 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio