Rəşad Sadıqov UEFA-nın TOP-5-liyinə düşdü

14:19 - 19 İyun 2017

Avrokubokların təsnifat mərhələsində ən çox oyun keçirən futbolçular müəyyənləşib. 

 

Sportal.az xəbər verir ki, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov UEFA avrokubokların təsnifat mərhələlərində ən çox oyun keçirən futbolçular siyahısına düşüb. Bu haqda UEFA-nın rəsmi saytı yayıb.

 

Siyahıya Saşa İliç (“Partizan”, “Qalatasaray”, “Zalsburq”, 69 oyun) başçılıq edir. 2-ci yerdə Kostas Xaralambides (APOEL, “Panatinaikos”, AEK Larnaka, 57 oyun) qərarlaşıb.

 

Rəşad Sadıqov “Neftçi”, “Kayserispor” (Türkiyə) və “Qarabağ”ın heyətində avrokubok matçlarının seçmə mərhələlərində 55 oyun keçirib. Bu göstərici ilə Sadıqov UEFA-nın tərtib etdiyi siyahıda Vitali Rodionovla (BATE) birgə 3-4-cü yerləri bölüşdürüb. 5-ci yerdə 52 oyunla Stefan İşizaki (AİK, “Elfsborq”, “Volerenqa”) qərarlaşıb.

Xəbər xətti