"Samtredia" - "Qarabağ" matçı 55 min nəfərlik stadionda

Ağdamın "Qarabağ” klubunun Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Samtredia” komandası ilə keçirəcəyi cavab qarşılaşmasının stadionu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, sözügedən qarşılaşma paytaxt Tiflisdəki 55 min yerlik Boris Payçadze adına "Dinamo-Arena”da baş tutacaq. Hələlik oyunun tarixi dəqiqləşməyib. 

 

2-ci təsnifat mərhələsinin ilk oyunu 11 - 12 iyulda Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda, cavab görüşü 18-19 iyulda baş tutacaq. 

 

Xatırladaq ki, "Samtredia” ötən mövsüm Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Qəbələ”ni "Zestafoni” stadionunda qəbul edib. Həmin oyunda gürcülər 2:1 hesabıyla qalib gəlsələr də, Azərbaycan klubu öz meydanında 5:1 hesablı qələbə sayəsində mərhələ adlamışdı.

Tarix: 19 İyun [17:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Avqust 2017
19  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: sportal@mail.ru | site by Five studio