Ramil Şeydayevin komandası "Kopenhagen"ə rəqib oldu

18:55 - 19 İyun 2017

UEFA Çempionlar Liqasında 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Jilina"nın da rəqibi müəyyənləşib. Mübarizəyə ikinci mərhələdən başlayacaq Slovakiya təmsilçisi Danimarkanın "Kopenhagen" klubuna rəqib olub.

 

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları 11-12 iyulda, cavab oyunları isə 18-19 iyulda keçiriləcək.

 

Xatırladaq ki, Şeydayev yanvar ayından "Jilina"da çıxış edir. Meydana çıxdığı 12 oyuna 6 qol və 2 məhsuldar ötürmə müəllifi olan 20 yaşlı forvard ölkə çempionluğunu da qazanıb.

Xəbər xətti