Rəşad Sadıqov: "Şansları bərabər dəyərləndirirəm"

00:04 - 20 İyun 2017

"Çempionlar Liqasında hər ölkənin çempionları mübarizə aparır.  4-5 ölkə var idi ki, onların çempionlarıyla oynamaq istəməzdim,  bunlardan biri də Gürcüstan idi. Çünki Gürcüstan futbolu həmişə özünəməxsusluğuyla seçilib".

 

Sportal.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın kapitanı Rəşad Sadıqova məxsusdur. Ağdam klubunun Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Püşk son çempionumuzu Gürcüstanın "Samtredia" komandası ilə üz-üzə qoyb.

 

Klubun rəsmi saytına açıqlama verən təcrübəli futbolçu pükü dəyərləndirib. O, şansları bərabər sayır:

 

"Rəqibimiz də ötən mövsüm çempion olub. Komandanı yaxşı təhlil edib daha yaxından tanımağa çalışacağıq. Şansları bərabəri dəyərləndirirəm. Cavab oyunun səfərdə olması isə rəqib üçün üstünlükdür.  “Samtredia”nın daha bir üstünlüyü odur ki,  Gürcüstanda hal-hazırda çempionat davam edir. Bizim komanda isə istirahətdən gəlir və bir çox futbolçumuzun oyuna qədər optimal forma yığması çox çətin olacaq, vaxtımız da azdır. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik, inşallah oyuna yaxşı hazırlaşıb lazım olan nəticəni qazanmağa çalışacağıq".

Xəbər xətti