Raul "Real"a qayıdır

00:48 - 20 İyun 2017

Madrid "Real"ı keçmiş hücumçusu Raul Qonzalesi komandaya qaytaracaq.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı sabiq futbolçu "kral klubu"nda inzibati vəzifədə çalışacaq. Əfsanəvi forvard iyulun 3-dən etibarən "Real"da baş direktor Xose Anxel Sançesin müavini kimi fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, Raul 2015-ci ildə karyerasını başa vurub. İspaniya yığmasının sabiq futbolçusu 1994-cü ildən 2010-cu ilə qədər "Real"da çıxış edib. O, Madrid klubunun heyətində 738 oyunda 322 qol vurub.

Xəbər xətti