Peres Ronaldonun transfer qiymətini açıqladı

Madridin "Real" klubunun prezidenti Florentino Peres Kriştiano Ronaldonun komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, klub prezidenti yayılan xəbərlərin həqiqət olmadığını dilə gətirib:

 

"Ronaldo bu məsələyə görə bizə müraciət etməyib. Bu məlumatları qəzetlər yazırlar, insanlar mənə "A Bola" qəzetində yer alan xəbəri göndərirlər. Əlbəttə, bu xəbərlər bizi narahat edir. Ronaldo ilə Konfederasiyalar Kubokundan sonra mütləq görüşəcəm və bu məsələyə nöqtə qoyacam".

 

Peres portuqaliyalı futbolçunun transfer qiymətini də açıqlayıb: "Kriştianonun bizimlə müqaviləsi var və o, bizim futbolçudur. İndiki halda onun transfer qiyməti 1 milyard avrodur".

 

Prezident Alvaro Morata və Xames Rodriqesə görə heç bir klubdan təklif almadıqlarını deyib:

 

"Mançester Yunayted" daxil olmaqla, heç bir klubdan təklif almamışıq. Əsas hədəfimiz heyətimizi qorumaqdır".

Tarix: 20 İyun [10:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2017
18  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio