AFFA prezidentinin tələbə olarkən çəkilən şəkli üzə çıxdı FOTO

13:18 - 20 İyun 2017

AFFA və Azərbaycan Cüdo Felerasiyasının prezidenti Rövnəq Abdullayevin maraqlı gənclik şəkli üzə çıxıb.
 
Sportal.az xəbər verir ki, foto düz 35 il əvvəl - 1982-ci ildə çəkilib.
 
O vaxt Rövnəq Abdullayev İnşaat Mühəndislər İnstitutunun I kursunda oxuyurmuş  və institutun yataqxanasında qalırmış.
 
1983-cü ildə isə o, hərbi xidmətə yollanıb və 1985-ci ildə ordu sıralarından qayıtdıqdan sonra köçürmə yolu ilə Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna göndərilib…
 
Fotonu redaksiyaya göndərənlərin yazdığına görə, şəkildəki soldakı şəxs - Rövnəq Abdullayevin Bakıda yataqxanada qaldığı zaman onunla otaq yoldaşı olmuş, Şəkidə doğulan Azər Həmidovdu (Sportinfo.az).
 

Xəbər xətti