İspaniyalı futbolçu "Qəbələ"də ilk seçimini etdi

14:27 - 20 İyun 2017

“Qəbələ”nin yeni transferi Xavi Ernandes Qonzalesin komandasında ilk seçimi bəlli olub. 

 

Sportal.az xəbər verir ki, ispaniyalı futbolçunun hansı nömrə ilə çıxış edəcəyi aydınlaşıb. Belə ki, 28 yaşlı hücumameyilli yarımmüdafiəçi “qırmızı-qaralar”ın heyətində meydana 20 nömrəli futbolka ilə çıxacaq.

 

Qeyd edək ki, Xavi Ernandes Qonzales “Qəbələ” ilə 1+1 illik müqaviləyə qol çəkib.

Xəbər xətti