A Seriya klubunda yeni baş məşqçi

15:47 - 20 İyun 2017

İtaliya A seriyasında çıxış edən “Sassuolo”nun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Eusebio Di Françeskonun "Roma"ya gedişindən sonra komandanın "sükanı arxası"na Kristian Bukki keçib. Məlumatı klubun rəsmi saytı yayıb.

 

40 yaşlı mütəxəssisin son iş yeri B Seriyasında çıxış edən “Peruca” klubu olub.

 

Qeyd edək ki, “Sassuolo” İtaliya A seriyasının son mövsümünü 12-ci pillədə başa vurub.

Xəbər xətti