Növbəti vergi qalmaqalı: Bu dəfə Mourinyo

İspaniyada vergidən yayınma ilə bağlı qalmaqallar bitib tükənmir.

 

Sportal.az xəbər verir ki, son günlərdə Madrid "Real"ının portuqaliyalı ulduzu Kristiano Ronaldonun vergidən yayınma ilə əlaqədar məhkəməyə verilməsi gündəmdən düşmürdü.

 

Bu gün isə İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Joze Mourinyo ilə bağlı şok iddia ortaya atılıb. İspaniya mətbuatının yaydığı məlumata görə, portuqaliyalı mütəxəssis də "Real"ı çalışdırarkən vergidən yayınıb. İddiaya görə, Mourinyo 2011 və 2012-ci illərdə bütövlükdə 3,3 milyon avro vergini ödəməyib. Məhkəmənin təcrübəli mütəxəssisə qarşı bu iddiasına MY-nin baş məşqçisi hələ ki, reaksiya verməyib.

 

Qeyd edək ki, Ronaldo məhkəmənin oxşar iddiasına cavab olaraq ümumiyyətlə "Real"ı və İspaniyanı tərk etməyə hazırlaşır. Bir neçə ay öncə isə "Barselona"nın argentinalı ulduzu Lionel Messi vergidən yayınma iddiasıyla məhkəməyə verilmiş və 21 ay həbs cəzası almışdı. Lakin cəza 2 ildən az olduğu üçün Messi həbsxanaya girməkdən yaxa qurtara bilmişdi.

Tarix: 20 İyun [17:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 İyul 2017
21  İyul 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio