Qurban Qurbanov: "Futbolçularımın istəkli olması məni razı saldı"

00:15 - 21 İyun 2017

"Avstriyada ilk oyunumuz idi".

 

Sportal.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova məxsusdur. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Ağdam təmsilçisi bu gün Avstriya toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. "Atlılar" Rusiyanın "Axmat" klubuna məğlub olub - 0:1.

 

Matçdan sonra fikirlərini klubun rəsmi saytına bildirən mütəxəsis futbolçularından razı qaldığını deyib:

 

"Futbolçularım çox istəkliydi, bu da çox yaxşı haldı. Düzdür, çatışmazlıqlarımız var və bunların üzərində çalışmalıyıq. İstənilən halda futbolçularımın istəkli olması məni razı saldı”.

Xəbər xətti