“Zirə” Georgi Hacinin komandasına məğlub oldu

00:29 - 21 İyun 2017

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Zirə” klubu Türkiyənin Bolu bölgəsində keçirdiyi təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, təmsilçimiz son Rumıniya çempionu “Vitrolul” komandası ilə qarşılaşıb. Qarşılaşma məşhur veteran futbolçu Georgi Hacinin baş məşqçisi və prezidenti olduğu komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Qəsəbə təmsilçisinin yeganə qoluna yeni transfer Orxan Əliyev imza atıb.

 

Qeyd edək ki, buna qədər Boluda 2 yoxlama görüşü keçirmiş “Zirə” əvvəlcə “İnter”ə (2:0), ardınca isə Kamerunun “Columbe Sportive” klubuna (8:0) qalib gəlib.

Xəbər xətti