"Zirə"ni gözləyən komandanın vəziyyəti ürəkaçan deyil

10:23 - 21 İyun 2017

Avropa Liqasının I mərhələsində Lüksemburqun “Differdanj” klubu ilə üz-üzə gələcək debutant “Zirə” bu səddi uğurla keçərsə, Rumıniyanın sayılıb-seçilən klublarından olan “Astra” ilə görüşəcək. Hansı ki “Astra” ötən il Avropa Liqasında uğurlu qrafik cızaraq, qrup mərhələsində oynayıb.

 

Amma Rumıniya mətbuatının yazdığına görə, “Zirə”ni gözləyən rəqibin vəziyyəti heç də yaxşı deyil. Rəhbərliklə yeni futbolçular uğrunda, uğurlu transferlər uğrunda həmişə çəkişən Marius Şumidisanın gedişindən sonra baş məşqçi postuna gətirilən yeni çalışdırıcı Eduard Yardanesku heyəti toplaya bilmir.

 

Hazırda iyunun 7-dən hazırlığa başlayan “Astra”nın heyətində hazırda cəmi 16 futbolçu var. Yeni baş məşqçi Yardanesku bu durumda nəinki Avropa Liqasında uğurlu çıxış etməyin, hətta liqada qalmağın mümkün olmayacağını ifadə edib.

 

Bundan əlavə, milli toplanışından sonra istirahət edən kapitan Kristian Sapunaru və digər aparıcı sima Silviu Lunkun geri dönməmək ehtimalı çox yüksəkdir. Çünki bu iki oyunçu ilə ÇFR və “Kayserispor” klubları yaxından maraqlanır.

Xəbər xətti