Rusiya - Portuqaliya, Meksika - Yeni Zelandiyaya qarşı

11:46 - 21 İyun 2017

Bu gün Konfederasiyalar Kubokunun A qrupunda 2-ci tura start veriləcək.

 

Sportal.az xəbər verir ki, qrupdakı ilk oyununda Yeni Zelandiyanı məğlub etmiş (2:0) meydan sahibi Rusiya millisi ilk turda Meksika ilə bərabərə qalmış (2:2) Portuqaliya yığması ilə qarşılaşacaq.

 

Digər oyunda isə Meksika və Yeni Zelandiya milliləri münasibətlərinə aydınlıq gətirəcəklər.

 

Kofederasiyalar Kuboku

21 iyun

A qrupu

 

19:00 Rusiya - Portuqaliya 
22:00 Meksika - Yeni Zelandiya

Xəbər xətti