"Zirə" baxışda olan legionerlə bağlı qərar verdi

12:18 - 21 İyun 2017

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Zirə" daha bir legionerlə müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, söhbət bir müddətdi baxışda olan kamerunlu Josep Boumdan gedir. Üç yoxlama oyununda baxışdan keçən mərkəz müdaiəçisinin durumu məşqçilər korpusunu razı salıb. 27 yaşlı oyunçu ilə 1 illik rəsmi müqavilə imzalanıb.

 

Qeyd edək ki, Josep Boum karyerası ərzində Türkiyənin "Mersin İdman Yurdu", "Antalyaspor", "Osmanlıspor" və "Qaziantep BB" kimi klublarında forma geyinib. 

Xəbər xətti