"Aue" Nazarovsuz çalışır VİDEO

12:45 - 21 İyun 2017

Almaniya II Bundesliasında mübarizə aparan "Aue" klubu yeni baş məşqçi Tomas Letşin rəhbərliyi altında hazırlığa başlayıb.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı çalışdırıcının yeni komandasındakı ilk məşqi ötən gün gerçəkləşib. "Bənövşəyilər"in 2 futbolçusu hazırlıq prosesində iştirak etmir.

 

Söhbət Dmitri Nazarov və Mikael Mariyadan gedir. Nazarov Azərbaycan, Mariya isə Kurasao yığmasının bu ay keçirilmiş toplanışında iştirak etdiyi üçün məşqçilər korpusu tərəfindən onlara bir neçə günlük istirahət verilib. Onlar klubun düşərgəsinə digər futbolçulardan fərqli, gec qoşulacaqlar.

 

Qeyd edək ki, Nazarov "Aue"nin əsas heyət üzvlərindəndir.

 

Xəbər xətti