"Traktor alın, sonra müqavilə imzalayaq"

İtaliyanın "Yuventus" klubu gənc futbolçusu Moize Kinlə yeni müqavilə imzalamaq niyyətində olsa da, futbolçu ilə razılıq əldə edə bilmir. 

 

Sportal.az xəbər verir ki, 17 yaşlı futbolçunun atası "qoca sinyora"nı verilən vədlərə əməl etməməkdə ittiham edib. O, "Tuttosport"a açıqlamasında bildirib ki, tələb etdikləri həyata keçməyincə, "Yuventus"la yeni müqavilə imzalamayacaqlar:

 

"Düzdü, "Yuventus"la anlaşmışıq. Yeni müqaviləyə görə oğlum ildə 700 min avro maaş alacaqdı. Amma "Yuventus" mənim bəzi şərtlərimi yerinə yetirməyib və buna görə müqavilə imzalamamışıq. Onlar mənim Kot-d-İvuarda yerləşən fermama yeni avadanlıqlar alacaqları ilə bağlı söz vermişdilər. Xüsusən də məni yeni traktorla təmin edəcəklərini demişdilər".

 

Kinin atası onu da bildirib ki, məşhur agent Mino Rayola ilə heç bir müqavilə imzalamayıblar:

 

"Rayola hər yerdə oğlumun agenti olduğunu deyir. Ancaq mən onunla hər-hansı müqavilə imzalamamışam".

 

Qeyd edək ki, Moyz Kin "Yuventus"un heyətində A Seriyasında qol vuran ən gənc futbolçudur.

Tarix: 21 İyun [15:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2017
18  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio