Şeydayevin komandasının oyununda 9 qol vuruldu

17:23 - 21 İyun 2017

Milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi "Jilina" təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, son Slovakiya çempionu bu ölkənin digər klubu "Trençin"lə qarşılaşıb. Görüş Şeydayevin komandasının 3:6 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin hücumçusu matçın 46-cı dəqiqəsində meydana daxil olub. 

 

Qeyd edək ki, "Jilina" Çempionlar Liqasının II təsnifat mərhələsində Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşacaq.

Xəbər xətti