"İnter" - "Mladost" matçının başlama saatı açıqlandı

17:44 - 21 İyun 2017

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "İnter" - "Mladost" (Serbiya) matçının başlama saatı dəqiqləşib.  

 

Sportal.az xəbər verir ki, iyulun 6-da "Dalğa Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

 

Qeyd edək ki, komandalar arasında ilk oyun iyunun 19-da Serbiyada keçiriləcək. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. 

Xəbər xətti