Milan Baroş sabiq klubuna qayıtdı

00:50 - 22 İyun 2017

Çexiya millisinin sabiq üzvü Milan Baroşun yeni klubunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, son mövsümü Liberetsin “Slovan” klubunun heyətində keçirən təcrübəli futbolçu karyerasını ölkəsində davam etdirəcək.

 

35 yaşlı futbolçu yetirməsi olduğu “Banik” klubuna keçib. Forvard yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Hücumçu klubun rəsmi saytına verdiyi açıqlamada xoşbəxt olduğunu dilə gətirib.

 

Qeyd edək ki, Baroş karyerası ərzində “Liverpul”, “Aston Villa”, “Lion” və “Qalatasaray” kimi məşhur komandalarda çıxış edib. 

Xəbər xətti