"Qəbələ" Bolqarıstan çempionuna qarşı

10:10 - 22 İyun 2017

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" Bolqarıstanın “Ludoqorets” klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl yerli “Fulpmes” (8:0) və Rusiya Premyer Liqa təmsilçisi “Axmat”la (0:1) qarşılaşıb. “Qırmızı qaralar” hər matçı bir hissədən ibarət olan turnirdə Avstriyanın “Vakker” (0:1) və Bolqarıstan MOİK-i (0:2) ilə də oynayıb.

 
22 iyun

Yoxlama oyunu

 
20:00. “Qəbələ” – “Ludoqorets”

Xəbər xətti